Jirar Sefilyan Ermənistan rəbərliyinin apardığı siyasətə etiraz əlaməti olaraq belə bir addım atmasına qərar verdiyini bəyan edib
Şuşa “batalyonu”nun keçmiş komandiri, Livan ermənisi Jirar Sefilyan rəsmi olaraq öz milli mənsubluğundan imtina edib. Vaxtilə hər yerdə erməni olması ilə fəxr edən J.Sefilyan Parisdə fransız dilində gündəlik nəşr olunan “Ermənistan xəbərləri” ( “Les Nouvelles d’Armenie”) qəzetinə verdiyi müsahibəsində Ermənistan rəbərliyinin apardığı siyasətə etiraz əlaməti olaraq belə bir addım atmasına qərar verdiyini bəyan edib. O bildirib ki, istər keçmiş prezident Pobert Koçaryan, istərsə də indiki ölkə başçısı Serj Sarkisyan prezident seçkiləri zamanı verdikləri vədləri yalanlar üzərində qurublar. "Hər iki prezidentin fəaliyyəti ölkəni uçuruma aparır. Onların fəaliyyəti əhalini yoxsulluğun son həddinə çatdırıb. Ölkədə iri müəssisələr fəaliyyətini dayandırıb. Hakim dairələrin bugünkü siyasəti ölkəni digər dövlətlərdən asılı vəziyyətə salıb. İşzilik baş alıb gedir. Əhalinin sosial vəziyyəti gündən-günə ağırlaşır. Ermənilərin başqa ölkələrə axını artıb. Ölkənin inkişafı ilə bağlı irəli sürülmüş layihələr həqiqətdə boş və mənasız vədlərdən başqa bir şey deyil. Bu gün biz xalq əleyhinə yönəlmiş siyasi şəraitdə işləyirik. Mənim fikrimcə, həmvətənlərimin hamısı iqtidarın apardığı siyasəti yaxşı başa düşür, lakin qorxularından etirazlarını bildirməyə cəsarət etmirlər".
J.Sefilyan etiraf edib ki, indiki prezident Serj Sarkisyan Pobert Koçaryanın apardığı siyasəti davam etdirir və bu siyasət ölkəni uçuruma yuvarlandırır.
"Ölkədə qanun yoxdur, dövlət tərəfindən verilmiş qərarların heç birinə əməl olunmur. Dövlət rəsmiləri yalnız iqtidarı dəstəkləyənləri eşidirlər. Onlar açıqca bildirirlər ki, əgər siyasətlə məşğul olmağı arzulayırsansa, mütləq bizim tərəfmizdə olmalısan. Bu zaman hər şey yaxşı olacaq".
Sonda ölkə rəsmilərinin siyasətinə etiraz əlaməti olaraq milli mənsubluğundan imtina etməyi qərara almış erməni Dağlıq Qarabağda mənasız erə vuruşduğunu bildirib./AzərTAc/
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder