azadlig radiosu

GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

1 Haziran 2009 Pazartesi

Ermənistanda seçki məntəqəsində atışma baş verib

"Çiçəklənən Ermənistan" partiyasının nümayəndəsinə atəş açılıb

Bu gün İrəvan ağsaqqallar şurasına keçirilən seçkidə növbəti insident baş verib. “Armtoday” saytının Lragir qəzetinə istinadən verdiyi məlumata görə, Hop Nork icmasıın seçki məntəqlərindən birində “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsinə atəş açılıb. Bundan başqa, Respublika partiyasının nümayəndəsinə də atəş açılması barədə məlumat var.
Hələlik rəsmi şəxslər verilən informasiyanı təsdiqləməyiblər.
Müxalifətin nümayəndələri artıq səsvermə prosesi zamanı çoxsaylı qanun pozuntuları barədə bəyanatla çıxış ediblər. Qanun pozuntuları əsasən üç istiqamətdə edilir: jurnalistlər və müxalifət nümayəndələrinə qarşı zorakılıq, vilayət sakinlərinin səsverməsi, təkrar və açıq səsvermə.
Bununla yanaşı, koalisiya nümayəndələri seçkinin sakit keçdiyini bildirirlər və heç bir qanun pozuntusu qeydə almadıqlarını deyirlər.

Xatırladaq ki, bu gün seçki məntəqələrindən birində jurnalistlər döyülməsi də qeydə alınıb. Ermənistan parlamentinin deputatı Levon Sarkisyan mühafizəçilərinə müxalif yönümlü qəzet jurnalistlərinin seçki məntəqəsindən çıxarılmasını əmr edib. İnsident 9/1 saylı seçki məntəqəsində baş verib. Mühafizəçilər jurnalistləri seçki məntəqəsindən çıxarmağa çalışıblar. Jurnalistlər əvvəlcə döyülüblər, daha sonra isə onların diktofonları, mobil telefonları əllərindən alınıb və seçki məntəqələrindən çıxarılıblar. İnsident nəticəsində “Çorrord İşxanutyan” qəzetinin müxbiri Qoar Veziryan, “Ayk” qəzetinin müxbiri Tatev Mesropyan və “Jamanak” qəzetinin müxbiri Marine Xaratyan müxtəlif dərəcəli xəsarət alıblar.

Qeyd edək ki, bu gün Ermənistanın paytaxtı İrəvan şəhərinin ağsaqqallar şurasına seçki keçirilir. Yerli vaxtla saat 8.00-da 438 seçki məntəqəsi seçicilərin üzünə açılıb. Bu, İrəvan tarixində ağsaqqallar şurasına keçirilən ilk seçkidir. “İrəvanda yerli özünü idarəetmə” haqqında yeni qanuna görə, İrəvan ağsaqqallar şurası 65 üzvdən ibarət olacaq. Ağsaqqalar şurasında daha çox yer qazanan partiyanın siyahısındakı birinci şəxs avtomatik olaraq İrəvan meri olacaq.
Seçkini 6 min müşahidəçi ilə 29 yerli təşkilat və bir beynəlxalq təşkilat – Avropa Şurasının yerli və regional hakimiyyətlər konqresinin 15 nəfərdən ibarət nümayəndə heyəti müşahidə edir. Qeyd edək ki, İrəvanda mer həmişə Ermənistan prezidentinin əmri ilə təyin olunub. İrəvanın hazırkı meri bu posta martın 4-də təyin olunan Qaqik Beqlaryandır./ANSPRESS/

Hiç yorum yok:

Yorum Gönder