20 Ekim 2009 Salı
İranın nüvə problemiylə bağlı Altılığın görüşü Vyanada baş tutub
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dünən Altılığın görüşü Vyanada baş tutub. Tədbirin əsas mövzusu uranın saflaşdırılması məsələsi olub. Qərb nüvə enerjisi əldə etmək üçün İranı xaricdən uran almağa sövq etməyə çalışır. Rəsmi Tehran isə Vyana danışıqlarının istənilən nəticə verməyəcəyi təqdirdə müstəqil uran saflaşdırma prosesini davam etdirəcəyini bildirib. İran tərəfinin istəyi öz ölkəsində aşağı səviyyədə uranın saflaşdırma işini davam etdirmək, daha yüksək dərəcədə saflaşdırılmış uranı isə xaricdən almaqdır. Hazırda saflaşdırılmış uran almaq üçün iki ölkə real namizəd olduqlarını açıqlayıb. Onlardan biri Fransa ikincisi isə Rusiyadır. İran bu sahədə Fransa ilə ticarət qurmağa o qədər də meyilli deyil. Tehran əsas səbəb kimi keçmişdə rəsmi Parisin uran tədarükü prosesini doğru şəkildə yerinə yetirə bilməməsini göstərir. Belə olan halda yeganə ölkə Rusiya qalır. Qərb Rusiyanın bu funksiyanı yerinə yetirməsini dəstəkləyir. Vyanada bağlı qapılar arxasında keçən danışıqların ilk günü uğurlu olub. Müzakirələrin təfərrüatı barədə xəbər verməyən iştirakçılar görüşü bu gün də davam etdirəcək. Qeyd edək ki, yüksək səviyyəli saflaşdırılmış uran rəsmi Tehrana tibbi izotoplar və nüvə reaktoruna yanacaq hazırlamaq üçün lazımdır. Bunun üçün İran tərəfi 1200 kiloqram aşağı səviyyəli uranın xaricdə daha yüksək hazırlanması təklifiylə çıxış edir. Qeyd edək ki, İrana 19.75 faiz həddində saflaşdırlmış 116 kiloqram uran lazımdır. Hazırda bu ölkədə uran saflaşdırma prosesi 5 faizdən yüksək deyil.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder